• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Sumqayıt sakinlərinin diqqətinə!

CƏMİYYƏT

04 Iyun 2026 | 14:08

Sumqayıt sakinlərinin diqqətinə!

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı bu gün müvəqqəti dayandırılacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində yerləşən diametri 89 millimetr olan qaz xəttində aşkarlanan sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar iyunun 4-də saat 15:00-dan etibarən ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri müddətində ümumilikdə 1000 abonentin qazla təminatında fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026