• Bakı 16° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Rodri "Barselona"ya keçib

İDMAN

17 Avqust 2026 | 23:53 | Müəllif: Əli Hüseynov

Rodri "Barselona"ya keçib

Futbol üzrə Dünya və Avropa çempionu, ispaniyalı yarımmüdafiəçi Rodri "Barselona"ya keçib.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, onun sözlərini jurnalist Fabrizio Romano sosial şəbəkədəki X sosial şəbəkə hesabında yayıb.

""Barselona"da oynamaq mənim arzumdur. Komanda yoldaşlarıma qoşulacağım anı səbirsizliklə gözləyirəm. Biz Çempionlar Liqasını və digər bütün turnirləri qazanmağa gedirik", - deyə Rodri bildirib.

Bundan əvvəl Romano 30 yaşlı futbolçu ilə müqavilənin 2030-cu ilə qədər nəzərdə tutulduğunu bildirmişdi.

Rodri daha əvvəl "Vilyarreal", "Atletiko" və "Mançester Siti" klublarında çıxış edib. İngiltərə klubunun heyətində o, UEFA Çempionlar Liqası da daxil olmaqla çoxsaylı milli və beynəlxalq titullar qazanıb.

İspaniya millisinin heyətində Rodri 2026-cı ildə dünya çempionu, 2024-cü ildə Avropa çempionu və 2023-cü ildə Millətlər Liqasının qalibi olub. O, 2024-cü ildə "France Football" jurnalının versiyasına görə dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatını qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026