Əməkdar artist Çingiz Əhmədov gəlinə münasibətdən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, aktyor bu barədə “Baku TV”yə müsahibəsində açıqlama verib. O, gəlinin evdə işlədilməsinin doğru olmadığını bildirib:
“Gəlin niyə mənə çay gətirməlidir? Köhnə qadınlar gəlini gətirib işlədirlər. Olmaz. Əl-ayağım yerindədir, özümə çay süzüb qoyuram. Mən gəlinin əlindən çay içmişəm. Çay süzəndə deyir, ata, sənə də süzüm? Deyirəm ki, istəyirəm. Belə olar".
Aktyor gənclərin məcbur yox, sevdikləri şəxslə ailə qurmasının tərəfdarı olduğunu deyib:
"Əgər sevib ailə qurursansa, heç vaxt pozulmur. Amma qızını məcbur edirsənsə ki, filankəsə get, oğluna deyirsənsə ki, filankəsi al, bu, ailə dağılır. Heç kimə zamin dura bilməzsən”.
Qeyd edək ki, Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz aktrisa Aydan Axundova ilə ailəlidir.
Bakı 


