• Bakı 17° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Əmirbəyov litvalı diplomatla görüşdü

SİYASƏT

17 Avqust 2026 | 20:15 | Müəllif: Əli Hüseynov

Əmirbəyov litvalı diplomatla görüşdü

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus ilə görüşdə regional hadisələri və tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə litvalı diplomat sosial şəbəkələrdə bildirib.

"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla yaxşı görüşümüz keçdi. Regional hadisələr və Litva ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ətrafında səmimi və məzmunlu fikir mübadiləsi aparıldı", - səfir qeyd edib.

Diplomat, həmçinin görüşü "yay fasiləsindən sonra yeni mövsümün yaxşı başlanğıcı" adlandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026