ABŞ dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatdığını bildirib.
Bakıvaxtı.az-ın "Armenpress"ə istinadla xəbərinə görə, o, bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı danışıb.
Rubionun sözlərinə görə, tərəflər arasında əldə olunan razılaşma yeni əməkdaşlıq və iqtisadi inkişaf imkanlarının əsasını qoyur.
“Ermənistan və Azərbaycan arasındakı münaqişə başa çatıb. Bu yalnız sona çatmaqla kifayətlənməyib, həm də dünən imzaladığım və yeni rifah yolunun əsasını qoyan anlaşma memorandumu ilə yekunlaşıb. Söhbət TRIPP-dən gedir. Bu mexanizm hər iki ölkəyə, xüsusilə də Ermənistanın suverenliyinə hörmət çərçivəsində geniş imkanlar yaradır ki, onlar bundan real şəkildə faydalana bilsinlər”, – deyə Rubio qeyd edib.
Xatırladaq ki, Ermənistan və ABŞ arasında TRIPP üzrə çərçivə sazişi 4 iyun tarixində onlayn formatda imzalanıb.
Ermənistan tərəfini imzalanma prosesində xarici işlər naziri Ararat Mirzoyan Ararat Mirzoyan təmsil edib, ABŞ tərəfdən isə sənədi dövlət katibi Marko Rubio imzalayıb.
Cahandar Qocalı
BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 




