• Bakı 21° C

    3.45 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Əli Əsədov görüş keçirdi - FOTO

SİYASƏT

04 Iyun 2026 | 13:03

Əli Əsədov görüş keçirdi - FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 4-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Mərkəzi Banklar Şurasının iclasının iştirakçıları ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Şuranın iclasının əhəmiyyəti vurğulanıb, tədbirin TDT-yə üzv ölkələrin maliyyə sektorları arasında əməkdaşlığın gücləndirilməsinə, bu prosesdə mərkəzi bankların rolunun artırılmasına töhfə verəcəyinə əminlik ifadə olunub.

TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimada və ortaq maraqlara əsaslanan əməkdaşlığın müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Cari ildə Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində iqtisadi, ticarət, investisiya, nəqliyyat, enerji, maliyyə, humanitar və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

Azərbaycanda maliyyə-bank sektorunun modernləşdirilməsi məqsədilə həyata keçirilən ardıcıl islahatlar, maliyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və bank sisteminin sabitliyinin gücləndirilməsi sahəsində əldə olunan nəticələr barədə söhbət açılıb.

Görüşdə həmçinin TDT çərçivəsində maliyyə-bank sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.


SON XƏBƏRLƏR

03 Iyun 2026