• Bakı 23° C

    6.99 m/s

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Səfirdən AÇIQLAMA

İDMAN

06 Aprel 2026 | 20:58 | Müəllif: Subhan Mahmudov

"Lucesko ölməyib, vəziyyəti kritikdir" - Səfirdən AÇIQLAMA

Rumıniya millisinin sabiq baş məşqçisi Mircea Lucescunun vəziyyətinin pisləşməsi və vəfat etməsi ilə bağlı dünyanın bir sıra önəmli informasiya agentliklərində məlumat yayılıb. Bildirilir ki, məşhur məşqçinin səhhəti bu gün qəfil pisləşib və vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, manset.az məsələ ilə bağlı Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare ilə əlaqə saxlayıb. O, açıqlamasında Mircea Lucescunun reanimasiyaya yerləşdirildiyini bildirib:

"Dünən Lucescunun vəziyyəti yaxşı idi və xəstəxanadan çıxmalı idi.  Xəstəxanadan çıxarkən qəfil vəziyyəti pisləşib, kliniki ölüm keçirdib. Həkimlərin müdaxiləsindən sonra həyata qayıdıb. Hazırda reanimasiyadadır, vəziyyəti kritikdir. Oğlu da Yunanıstandan gəlib, yanındadır. Kardioloqlardan ibarət həkim qrupu  konsilium keçirəndən sonra nə edəcəklərinə qərar verəcəklər" - deyə səfir Vasile Soare bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026