• Bakı 22° C

    2.99 m/s

Mövsümün sonunda İngiltərə nəhəngindən ayrılacaq

İDMAN

06 Aprel 2026 | 20:15 | Müəllif: Subhan Mahmudov

Mövsümün sonunda İngiltərə nəhəngindən ayrılacaq

İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Bernardu Silva mövsümün sonunda - müqaviləsinin müddəti başa çatdıqdan sonra komandanı tərk edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun baş məşqçisinin köməkçisi Xosep Linders bildirib.

"Kapitan bənzərsizdir və onu başqa oyunçu ilə əvəz etmək olmaz, çünki belələri yoxdur. Ümid edirəm ki, o, son ayları yaxşı keçirəcək, bu, cəmi altı həftədir və o, layiqincə vidalaşacaq. O bütün bu diqqətə layiqdir", - deyə nəşr mütəxəssisin sözlərindən sitat gətirib.

Silva "Mançester Siti"nin heyətində altı dəfə İngiltərə Premyer Liqasının çempionu olub.

Cari mövsümdə oyunçu bütün turnirlərdə klubun heyətində 43 matç keçirib, bu oyunlarda üç qol və beş məhsuldar ötürmə ilə fərqlənib./Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Oktyabr 2026