• Bakı 16° C

    2.71 m/s

Stiv Uitkoff Rusiyaya gedib

SİYASƏT

21 Oktyabr 2026 | 09:58 | Müəllif: Əli Hüseynov

Stiv Uitkoff Rusiyaya gedib

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff Rusiyaya gedib.

Bu barədə Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir.

Pulkovo Beynəlxalq Hava Limanında amerikalı rəsmisini Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya yaxın vaxtlarda Prezident Vladimir Putinin Donald Trampın xüsusi elçiləri ilə görüşünü keçirməyi gözləyir. Onun sözlərinə görə, danışıqların əsas mövzuları xüsusi elçilərin Ukrayna və Avropa tərəfləri ilə təmaslarının yekunları, eləcə də digər vacib məsələlər üzrə mövqe mübadiləsi olmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026