“Barselona”nın müdafiəçisi Jül Kunde İngiltərə Premyer Liqasına keçməyi düşünür.
Bakıvaxtı.az bu barədə “Topskills Sports UK”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “Barselona” yay transfer pəncərəsində fransız oyunçunu satmaq qərarına gəlib. “Çelsi” oyunçu üçün əsas namizəddir və müqavilə bağlamaq üçün hər cür səy göstərmək niyyətindədir. Bununla belə, digər ingilis klublarının da vəziyyəti izlədiyi bildirilir.
Kunde bu mövsüm bütün yarışlarda 41 oyun keçirib, üç qol vurub və dörd məhsuldar ötürmə edib.
Transfermarkt-a görə, 27 yaşlı müdafiəçinin bazar dəyəri 65 milyon avrodur.
Bakı 




