• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Azərbaycan cüdoçuları Avstriyada iki medal qazandı

İDMAN

07 Mart 2026 | 23:15

Azərbaycan cüdoçuları Avstriyada iki medal qazandı

Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri" turnirinin ikinci günündə Azərbaycan cüdoçuları daha iki medal qazanıblar.

Bakıvaxtı.az xəbər verir ki, hər iki medal 81 kq çəki dərəcəsində əldə edilib.

Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.

Xatırladaq ki, ötən gün Ruslan Paşayev (66 kq) yarışın qalibi olmuşdu.

Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.


Azərbaycan cüdoçuları Avstriyada iki medal qazandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026