• Bakı C

    10.98 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

"Karvan-Yevlax" – "Sumqayıt" görüşü baş tutacaq

İDMAN

07 Mart 2026 | 09:05

Karvan-Yevlax – Sumqayıt görüşü baş tutacaq

Misli Premyer Liqasında XXIII tura bu gün start veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Karvan - Yevlax" evdə "Sumqayıt"la üz-üzə gələcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşü Əli Əliyev idarə edəcək.

"Sumqayıt" 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 7 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.

Misli Premyer Liqası

XXIII tur

7 mart

15:00. "Karvan-Yevlax" – "Sumqayıt"

Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.

VAR: Fərid Hacıyev.

AVAR: Zöhrab Abbasov.

Hakim-inspektor: Əmrah İbrahimov.

AFFA nümayəndəsi: Asif Əliyev.

Yevlax şəhər stadionu.

Qeyd edək ki, XXIII tura martın 10-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

06 Mart 2026