• Bakı 12° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Xərəyi gözləməyib qucağında meydandan çıxardı - VİDEO

İDMAN

05 Aprel 2026 | 20:48

Xərəyi gözləməyib qucağında meydandan çıxardı - VİDEO

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilən “Kəpəz” – “Qəbələ” matçında azarkeşlərin marağına səbəb olan qeyri-adi hadisə yaşanıb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində “Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnərək yerə yıxılıb.

Belə ki, meydana daxil olan Gəncə təmsilçisinin həkimi xərəyin gəlməsini gözləməyərək, futbolçunu qucağına alıb və bu şəkildə meydandan kənara çıxarıb. Həkimin bu addımı həm stadiondakı azarkeşlər, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutan görüş “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


SON XƏBƏRLƏR

05 Aprel 2026