İngiltərənin “Çelsi” komandasının sabiq futbolçusu, hazırda Braziliya təmsilçisi “San Paulu”da çıxış edən Oskar karyerasını bitirmək qərarına gəlib.
Bakıvaxtı.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ürək problemləri səbəbindən bu addımı atıb.
Oskar ötən il noyabrın 12-də tibbi müayinədən sonra ürəyində aşkarlanan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Oskar Braziliya millisinin heyətində 48 oyunda meydana çıxıb və 12 qolla yadda qalıb.
Bakı 




