• Bakı 24° C

    5.03 m/s

“Neftçi” səfərdə “Sumqayıt”ı məğlub etdi

İDMAN

05 Aprel 2026 | 20:29 | Müəllif: Subhan Mahmudov

“Neftçi” səfərdə “Sumqayıt”ı məğlub etdi

Misli Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən maraqlı qarşılaşmada “Neftçi” səfərdə “Sumqayıt”ı məğlub edib.

Bakıvaxtı.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda baş tutan matç qonaq komandanın 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

“Ağ-qaralar”ın heyətində qolları 36-cı dəqiqədə penaltidən Freddi Varqas, 65-ci dəqiqədə İfeanyi Metyu və oyunun sonlarında – 89-cu dəqiqədə Vensan Abubakar vurublar. Meydan sahiblərinin yeganə qoluna isə 53-cü dəqiqədə Nikola Ninkoviç imza atıb.

Bu qələbədən sonra xallarını 40-a çatdıran “Neftçi” turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Sumqayıt” isə 32 xalla 7-ci sıradadır.

Xatırladaq ki, turun açılış oyununda “Qəbələ” “Kəpəz”i 2:0 hesabı ilə üstələmişdi. 26-cı tura aprelin 7-də keçiriləcək oyunlarla yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026