• Bakı 18° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

"Range Rover" markalı avtomobilə ziyan vurdu - Saxlanıldı

HADİSƏ

08 Yanvar 2026 | 16:55

Range Rover markalı avtomobilə ziyan vurdu - Saxlanıldı

Abşeron rayonu Xırdalan şəhərində "Range Rover" markalı avtomobilin şüşələrini və arxa işıqlarını sındırıb, eləcə də şinlərini yararsız hala salan şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Zərərçəkən polisə müraciət edərək hadisə zamanı əmlakına 11 min manat maddi ziyan dəydiyini bildirib. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən 22 yaşlı C.Hüseynov saxlanılıb.

Araşdırmalarla hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

03 Iyun 2026