• Bakı 13° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Şagirdin güllələdiyi müəllim əməliyyat olundu - YENİLƏNİB - VİDEO

HADİSƏ

06 Fevral 2026 | 16:22

Şagirdin güllələdiyi müəllim əməliyyat olundu - YENİLƏNİB - VİDEO

Binəqədi rayonunda yerləşən "İdrak" liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllim əməliyyat olunub.

Bu barədə Bakıvaxtı.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadının üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

"Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - məlumatda bildirilib.

***

11:04

"İdrak" liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, şahidlərin Report-a verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.

Bildirilib ki, güllə müəllimənin boyun nayihəsinə dəyib.

***

10:46

Fevralın 6-da səhər saat 9 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, şagird atasına məxsus ov silahı ilə məktəbə gəlib və burada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Hadisə yerinə çağırılan polis əməkdaşları şagirdi saxlayıb və ondan silah götürülüb. Faktla bağlı araşdırmalar davam edir.

Əli Hüseynov

***

10:22

Bakıda yerləşən İdrak Liseyində silahlı insident baş verib. 

Bakıvaxtı.az-ın Unikal-a istinadən məlumatına görə, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. 

Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.

Xəsarət alan qadın riyaziyyat müəllimi  Ş.K  Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

 


SON XƏBƏRLƏR