İsveç enerji xərclərini minimuma endirəcək və təbii qaz asılılığını aradan qaldıracaq inqilabi bir layihəyə imza atıb. Stokholmun Skarpnäck bölgəsində inşa edilən nəhəng məlumat mərkəzi (data center) layihəsi, kompüter prosessorlarının istehsal etdiyi yüksək istiliyi şəhərin isitmə sisteminə inteqrasiya edərək bənzərsiz bir təkrar emal modeli təqdim edir.
Bakıvaxtı.az xəbər verir ki, enerji şirkəti "Fortum" tərəfindən həyata keçirilən layihənin iş prinsipi "dövredən enerji" məntiqinə əsaslanır. Proses üç mərhələdə baş verir:
- Məlumat mərkəzindəki minlərlə kompüter işləyərkən yüksək miqdarda istilik yayır.
- Xüsusi istilikdəyişdirici (eşanjör) sistemlər, normalda ventilyatorlarla çölə atılacaq olan bu isti havanı tutur.
- Tutulan istilik Stokholmun mövcud "regional isitmə şəbəkəsinə" (isti su boruları şəbəkəsinə) ötürülür və evlərin radiatorlarına göndərilir.
Məlumat mərkəzlərində yerləşən minlərlə server işləyərkən çox böyük miqdarda istilik yaradır. Normalda bu istilik xüsusi soyutma sistemləri vasitəsilə havaya atılaraq boşa gedirdi. İsveçli mütəxəssislər isə bu prosesi tərsinə çeviriblər:
Serverlərin yaratdığı isti hava xüsusi borular vasitəsilə suyun qızdırılmasına yönəldilir. Qızan su şəhərin mövcud regional isitmə şəbəkəsinə ötürülür. Bu isti su mənzillərə qədər gedərək radiatorları və məişətdə istifadə olunan suyu isidir.
Boşa gedən enerji artıq şəhərin ən böyük istilik mənbəyinə çevrilir. Bu sistem sayəsində təbii qaz istifadəsinə ehtiyac qalmır, bu da vətəndaşların büdcəsinə böyük qənaət deməkdir. Karbon qazı emissiyasını kəskin şəkildə azaldır və ətraf mühitə zərər vermir.
Mütəxəssislərin hesablamalarına görə, orta ölçülü bir məlumat mərkəzinin yaydığı istilik təxminən 30 min mənzilin isidilməsi üçün kifayət edir. Stokholmun hədəfi yaxın illərdə şəhərin bütün isitmə ehtiyacının 10%-ni məhz bu üsulla qarşılamaqdır./Milli.az
Bakı 




