• Bakı C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Putinin nümayəndəsi Uitkoff və Kuşnerlə görüşdü

DÜNYA

09 Yanvar 2026 | 00:02

Putinin nümayəndəsi Uitkoff və Kuşnerlə görüşdü

Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Parisdə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, Uitkoff və Kuşner arasında görüş Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə iki günlük danışıqlardan sonra baş tutub.

Görüşdə Ukrayna böhranının həlli üçün mümkün plan müzakirə olunub.

Portalın məlumatına görə, Ağ Ev Trampın planının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəldikdən sonra Rusiya rəhbərliyinin bu təklifinə aydın cavab istəyir.


SON XƏBƏRLƏR