• Bakı C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Hindistanda attraksion çökdü - Ölən var

DÜNYA

07 Fevral 2026 | 22:05

Hindistanda attraksion çökdü - Ölən var

Hindistanın şimalında, Haryana ştatının Faridabad şəhərində keçirilən yarmarkada attraksionun çökməsi nəticəsində azı bir nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bakıvaxtı.az ANI agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:15-də Surajkund yarmarkasında baş verib.

Attraksionun çökməsi zamanı digər şəxsləri xilas etməyə çalışan polis müfəttişi həlak olub.

Hadisə nəticəsində xəsarət alan 13 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

06 Fevral 2026