• Bakı 24° C

    5.37 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Azərişıq"da  kadr dəyişikliyi olub - YENİLƏNİB

CƏMİYYƏT

08 Yanvar 2026 | 17:40 | Müəllif: Əli Hüseynov

"Azərişıq"da kadr dəyişikliyi olub - YENİLƏNİB

"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Həbib Əzizov səhmdar cəmiyyətinin başqa bir regional idarəsinə təyinat alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.

"Bundan sonra H. Əzizov Şimal-Qərb RETSİ-nin rəisi vəzifəsini icra edəcək", - "Azərişıq" qeyd edir.

***

14:56

"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.

Bakıvaxtı.az məlumat verir ki, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.

Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026