• Bakı 12° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Şagirdin güllələdiyi müəllimə palataya köçürüldü - YENİLƏNİB

CƏMİYYƏT

07 Fevral 2026 | 16:17

Şagirdin güllələdiyi müəllimə palataya köçürüldü - YENİLƏNİB

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.

***

12:38

"1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onun vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, dünən "İdrak" liseyində 10-ci sinif şagirdi Ə.Ş 29 yaşlı qadın riyaziyyat müəllimini ov tüfəngi ilə vurub.

 


SON XƏBƏRLƏR

03 Aprel 2026