• Bakı C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Bakıda zəhərlənən 66 yaşlı kişi xəstəxanada infarktdan öldü

CƏMİYYƏT

09 Mart 2026 | 11:58

Bakıda zəhərlənən 66 yaşlı kişi xəstəxanada infarktdan öldü

Bakıda dərman zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilən şəxs infarktdan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 7-də axşam saatlarında baş verib.

Paytaxtın Nəsimi rayonu, 20 Yanvar küçəsindəki mənzillərdən birində yaşayan 1960-cı il təvəllüdlü Tofiq Allahverdi oğlu Məmmədov yaşadığı evdə dərmandan zəhərlənib.

66 yaşlı T.Məmmədov xəstəxanaya gətirilib. O, xəstəxanada olarkən infarkt keçirib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. T.Məmmədov xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)


SON XƏBƏRLƏR