q
  • Bakı 12° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Göygöldə qanunsuz tütün və spirt məmulatları tapıldı

CƏMİYYƏT

09 Mart 2026 | 12:48

Göygöldə qanunsuz tütün və spirt məmulatları tapıldı

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən külli miqdarda tütün məmulatları və spirtli içkilər aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a DGK-dan məlumat verilib.

Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmənin qərarı əsasında Göygöl rayonunda 4 fərqli ünvandan Azərbaycana məxsus məcburi nişanlanma ilə nişanlanmamış 8 314 qutu müxtəlif markalı tütün məmulatları və saxta aksiz markası ilə markalanmış 695 ədəd spirtli icki aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 


SON XƏBƏRLƏR