• Bakı 10° C

    13.85 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1523

Bu istiqamətlərdə nəqliyyat pulsuz ola bilər - AÇIQLAMA

CƏMİYYƏT

08 Aprel 2026 | 12:46

Bu istiqamətlərdə nəqliyyat pulsuz ola bilər - AÇIQLAMA

Metronun “28 May” və “Nizami” stansiyalarının bağlanmasından sonra bu istiqamətdə yerüstü nəqliyyat vasitəsi ilə sərnişinlərə xidmət göstərəcək nəqliyyat vasitələrinin ödənişsiz olması müzakirə edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.

O qeyd edib ki, bununla bağlı müvafiq qurumlar arasında müzakirələr davam etdirilir.

“Bu məsələ yalnız metronun səlahiyyətində deyil, işlər aidiyyəti qurumlarla kompleks şəkildə həyata keçirilir. Tunel bağlı olduqda avtobuslar yalnız “Nizami” və “28 May” stansiyaları arasında deyil, ətraf ərazilərə də vətəndaşları daşıyacaq. Bütün bunlar öncədən ictimaiyyətə elan ediləcək”./Teleqraf 


SON XƏBƏRLƏR