Abşeronun Saray qəsəbəsində avtomobildə partlayış qeydə alınıb.
Bakıvaxtı.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə qəsəbədəki yaşayış komplekslərindən birinin həyətində baş verib.
Belə ki, səhər saatlarında 31 yaşlı sürücü Rəşad Məmmədov avtomobilə əyləşib onu işə salandan sonra partlayış olub. Daha sonra sürücü maşından düşməyə çalışsa da, əyləşdiyi tərəfdəki qapıya dəmir divar mane olub. Digər tərəfdən çıxan sürücü ərazidən uzaqlaşıb.
Məlumata görə, partlayışa avtomobilin salonunda əvvəlcədən toplanan qaz yığını səbəb olub. Maşında yanğın baş verməsə də, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daha ətraflı videomaterialda:
Bakı 




