q
  • Bakı 19° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Polkovnikin qanunsuz əməli İFŞA OLUNDU

CƏMİYYƏT

08 May 2026 | 12:32

Polkovnikin qanunsuz əməli İFŞA OLUNDU

Quba şəhəri, "Qəçrəş yolu" yaşayış massivi ərazisindəki qanunsuz tikintinin qarşısı alınıb. 

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, qanunsuz tikintiyə Quba Rayon İcra Hakimiyyəti tərəfindən müdaxilə edilib. 

Quba Rayon İcra Hakimiyyəti bu barədə "Unikal"ın sorğusunu təsdiqləyib: "Aşkar edilmiş qanunsuz tikinti ilə bağlı Quba Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara məlumat verilib. Nəticədə qanunsuz tikintinin qarşısı alnıb". 

Əldə etdiyimiz daha bir məlumata görə, sözügedən qanunsuz tikinti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyevə məxsus olub. 

Belə ki, o, Qəçrəş yolu üzərindəki özünə məxsus olduğu bildirilən 20 sot torpaq sahəsində 3 mərtəbəli qeyri-yaşayış obyekti tikdirmək istəyib. 

Qeyd edək ki, Rövşən Nəbiyev bu vəzifəyə ötən ilin iyun ayında gətirilib. 


SON XƏBƏRLƏR

07 May 2026