q
  • Bakı 19° C

    4.43 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Dələduzluğun yeni mərhələsi: Səsimiz və üz cizgilərimiz hədəfdədir

CƏMİYYƏT

08 May 2026 | 11:52

Dələduzluğun yeni mərhələsi: Səsimiz və üz cizgilərimiz hədəfdədir

Bəzi şəxslərin ictimai yerlərdə insanlardan telefonla bağlı kömək istəyərək onların biometrik məlumatlarını toplamağa çalışdıqlarına dair iddialar yayılıb. Bildirilir ki, videozəng, ekran yazısı və ya üz tanıma funksiyası vasitəsilə vətəndaşların səs, üz cizgiləri və digər məlumatları ələ keçirilə bilir. 

Mövzu olə bağlı Bakıvaxtı.az-a danışan “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov bildirib ki, xaricdə müşahidə olunan yeni kiberdələduzluq sxemləri gələcəkdə Azərbaycanda da real təhlükəyə çevrilə bilər.

Onun sözlərinə görə, Azərbaycanda hələ ki biometrik məlumatlar üzərindən kiberdələduzluq hallarının kütləvi xarakter almaması bizi arxayınlaşdırmamalıdır, çünki xaricdə reallaşan ssenarilər göstərir ki, texnologiya inkişaf etdikcə dələduzların arsenalı da mürəkkəbləşir:

"Ölkəmizdə rəqəmsal bankçılıq və biometrik giriş sistemlərinin sürətli yayılması o deməkdir ki, kiber-gigiyena qaydalarına indidən əməl etmək bizi gələcək fəsadlardan sığortalaya bilər”.

Elvin Abbasov: Azərbaycanda da real təhlükəyə çevrilə bilər...

Ekspert bildirib ki, bu risklərin qarşısını almaq üçün yalnız texniki təhlükəsizlik tədbirləri kifayət etmir:

“Sistemlərimizdə canlılıq testi (liveness detection) kimi müasir yoxlama metodlarının tətbiqi artsa da, ən böyük məsuliyyət yenə bizim üzərimizə düşür. Biometrik məlumatların oğurlanması riskini nəzərə alaraq, hər birimiz bu növ dələduzluqların mahiyyətini anlamalı və xeyirxahlıq edərkən belə ehtiyatı əldən verməməliyik”.

Müsahibimiz vətəndaşlara naməlum şəxslərin telefonlarına toxunmamağı, şübhəli videozənglərə cavab verməməməyi və şəxsi məlumatlarla bağlı ehtiyatlı davranmağı tövsiyə edib.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

07 May 2026