• Bakı C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Masallıda avtomobil daş hasara çırpılıb, 21 yaşlı sürücü ölüb

CƏMİYYƏT

09 Mart 2026 | 11:52

Masallıda avtomobil daş hasara çırpılıb, 21 yaşlı sürücü ölüb

Masallıda baş verən qəzada sürücü ölüb, sərnişin xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ötən gün gecə saatlarında Masallı rayonunun Mahmudavar kəndlərində baş verib.

    Masallı rayon sakini 2005-ci il təvəllüdlü Orxan Zamanov idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib.

    Avtomobil yolun kənarındakı daş hasara çırpılıb. Qəza nəticəsində sürücü O. Zamanov hadisə yerində ölüb.

    Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

    Faktla bağlı araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    08 Mart 2026