• Bakı 26° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

AAAF Park 20 min manat cərimələndi

CƏMİYYƏT

09 Mart 2026 | 13:44 | Müəllif: Əli Hüseynov

AAAF Park 20 min manat cərimələndi

“AAAF-İnşaat” əmək qanunvericiliyinin tələblərini pozduğu üçün cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, şirkət barədə Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən protokol tərtib olunub.

Buna səbəb isə “AAAF-İnşaat”ın icraçı direktoru Camal Rəcəbov tərəfindən növbə rəisi vəzifəsinə götürülən şəxsin əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsidir.

Məhkəmə şirkəti hüquqazidd əmələ görə 20 000 manat məbləğində cərimə edib.

Qeyd edək ki, “AAAF-İnşaat”ın təsisçisi və sahibi tanınmış iş adamı Tofiq Heydərovdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026