• Bakı C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Natiq Əmirov yeni sədri kollektivə təqdim etdi - YENİLƏNİB 

CƏMİYYƏT

07 Fevral 2026 | 14:17

Natiq Əmirov yeni sədri kollektivə təqdim etdi - YENİLƏNİB 

Bu gün Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov dövlət başçısının ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri təyin etdiyi Vüsal Nəsirlini qurumun kollektivinə təqdim edib.

Bakıvaxtı.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, təqdimat zamanı N.Əmirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatların bütün sahələri əhatə etdiyini, yol infrastrukturu sahəsində əldə olunan nəticələrin isə xüsusi əhəmiyyət daşıdığını bildirib.

O, Agentliyin fəaliyyətinin dövlət başçısının daim diqqətində olduğunu vurğulayaraq, qurumun qarşısında duran əsas vəzifələr və bu istiqamətdə verilən tapşırıqlar barədə məlumat verib, bu tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib və yeni təyin olunmuş sədrə, eləcə də kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

V.Nəsirli ona göstərilən etimadı yüksək qiymətləndirib, yol təsərrüfatının inkişafı, infrastruktur layihələrinin keyfiyyətinin artırılması və bu sahədə islahatların davam etdirilməsi istiqamətində qarşıya qoyulan hədəflərin layiqli həyata keçirilməsi üçün bütün səyləri göstərəcəyini bildirib.

13:01

***

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib. 

Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, yeni sədr Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov tərəfindən kollektivə təqdim olunub. 


SON XƏBƏRLƏR

06 Fevral 2026