ABŞ Senatı Prezident Donald Tramp administrasiyasının qanunvericilik orqanının təsdiqi olmadan Venesuelaya qarşı hərbi güc tətbiq etməsini qadağan edən qətnamə üzərində işi davam etdirməyə səs verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Senatın saytında məlumat verilib.
Sənədin lehinə 52, əleyhinə isə 47 senator səs verib.
Qətnamə icra hakimiyyətinə qarşı tələbdir və prezidentin birtərəfli hərbi əməliyyatlara başlamaq səlahiyyətini məhdudlaşdırmaq məqsədi daşıyır./Teleqraf
Bakı 




