• Bakı 10° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

23 yaşlı gənci söyüş üstündə öldürübmüş - TƏFƏRRÜAT - FOTO

CƏMİYYƏT

08 Yanvar 2026 | 15:36

23 yaşlı gənci söyüş üstündə öldürübmüş - TƏFƏRRÜAT - FOTO

Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Gəncədə 23 yaşlı gənc oğlan qətlə yetirilib.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, bıçaqlanaraq öldürülən əslən Kəlbəcər rayon sakini, Daşkəsən qeydiyyatı olan hazırda Gəncənin Məhsəti qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Zamir Rzayevdir.

Araşdırma zamanı məlum olub ki, 23 yaşlı gənci tanışı 17 yaşlı Ö.Tağızadə bıçaqlayaraq qətlə yetirib. Məlumata görə, hadisə tərəflər arasında söyüş üstündə baş verib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 17 yaşlı yeniyetmə Ö.Tağıyev saxlanılıb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

08 Yanvar 2026