• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

CƏMİYYƏT

08 Yanvar 2026 | 16:57

Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Lerik, Yardımlı, Daşkəsən, Qazax, Ağstafa, Tovuz, Gəncə, Samux, Goranboy, Naftalan, Neftçala, Salyan, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar, Mingəçevir, Şəki, Qobustanda cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xızıda isə narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.


SON XƏBƏRLƏR

08 Yanvar 2026