• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nazir Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyin etdi 

CƏMİYYƏT

08 Yanvar 2026 | 16:36

Nazir Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyin etdi

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub.

Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, bu, Sadiq Əliyevdir.

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri çalışıb.

S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən 2024-cü ilə qədər ƏƏSMN-nin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri işləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026