• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Bakıda oğurluq edən şəxslər SAXLANILDI

CƏMİYYƏT

08 Yanvar 2026 | 18:20

Bakıda oğurluq edən şəxslər SAXLANILDI

Paytaxtın Suraxanı rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxs axşam saat 23 radələrində Hövsan qəsəbə sakininin evinin qarşısında saxladığı “Daewoo” markalı avtomobildən əvvəlcə telefonunu, sonra isə mobil bank tətbiqindən 1029 manatını oğurlayıb.
 
DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 32 yaşlı S.Quluzadə şübhəli şəxs qismində saxlanılıb.   

Rayon ərazisində keçirilən digər tədbir zamanı isə iki marketin qapısını qıraraq içərisindən 2400 manat, 2220 manat dəyərində lotereya biletləri, tütün məmulatları və digər məhsulları oğurlamaqda şübhəli bilinən 35 yaşlı Ş.Eybatov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

08 Yanvar 2026