• Bakı 18° C

    2.51 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Kuba ipdən asılı vəziyyətdədir”

DÜNYA

09 Yanvar 2026 | 01:02 | Müəllif: Subhan Mahmudov

“Kuba ipdən asılı vəziyyətdədir”

ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı açıqlamalar verib.

Bakıvaxtı.az xəbər verir ki, Tramp bu haqda radioaparıcı Hyu Hyuitə müsahibəsində danışıb.

Onun fikrincə, ada ölkəsi “dərin bəlada” və “ipdən asılı vəziyyətdədir”.

“Düşünmürəm ki, Kubaya gedib oranı partlatmaqdan başqa onlara təzyiq edəcək heç nə qalmayıb”, - Tramp bildirib.

ABŞ lideri Kuba xalqını “böyük” və “güclü xalq” adlandırıb.

“ABŞ dövlət katibi Marko Rubionun bir az kubalı qanı var. Məncə, Marko kifayət qədər yaxşı iş görür, eləmi? Necə düşünürsünüz? ... O, hara getsə, biz uğur qazanacağıq”, - Tramp əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026