• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kazem Qəribabadi Rusiya və Çin səfirləri ilə görüşüb

DÜNYA

08 Fevral 2026 | 00:16

Kazem Qəribabadi Rusiya və Çin səfirləri ilə görüşüb

İranın nüvə məsələsi ilə bağlı ABŞ ilə danışıqların birinci mərhələsinin başa çatmasından sonra İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Rusiya və Çinin Tehrandakı səfiri Aleksey Dedov və Konq Pey ilə məsləhətləşmələr aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəribabadi X-də yazıb.

"Bu gün Pekinə səfərimdən və Omandakı danışıqlardan sonra Tehrandakı Rusiya və Çin səfirləri ilə görüşdüm və bizi maraqlandıran məsələlər barədə fikir mübadiləsi apardım", - o qeyd edib.

Təfərrüatlar açıqlanmayıb. 

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026