• Bakı C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Sarkozi yenidən həbs ediləcək

DÜNYA

09 Mart 2026 | 23:19

Sarkozi yenidən həbs ediləcək

Fransanın sabiq prezidenti Nikolya Sarkozi yenidən həbsə göndəriləcək.

Bakıvaxtı.az BFM TV-yə istinadən xəbər verir ki, məhkəmə sabiq prezidentinin iki ayrı cinayət işi üzrə çıxarılan hökmlərin birləşdirilməsi barədə müraciətini rədd edib.

Söhbət telefon danışıqlarının qanunsuz dinlənilməsi ilə bağlı, həmçinin 2012-ci il prezident seçkisi kampaniyası zamanı saxta maliyyə hesabları ilə əlaqədar cinayət işlərindən gedir.

Sarkozinin vəkilləri hər iki hökmün birləşdirilməsini və artıq çəkilmiş cəzanın digər iş üzrə də nəzərə alınmasını istəyiblər. Lakin məhkəmə bunun üçün hüquqi əsasların olmadığını bildirib.

Bu səbəbdən Nikolya Sarkozi əlavə olaraq altı ay həbsdə qalmalı olacaq.


SON XƏBƏRLƏR

09 Mart 2026