İrana qarşı həyata keçirilən bombardmanlar nəticəsində 29 xəstəxana, 41 tibb məntəqəsi və 18 təcili tibbi yardım bazası ciddi zədələnib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Fövqəladə Hallar İdarəsinin nümayəndəsi məlumat yayıb.
Qurum rəsmisi həmçinin qeyd edib ki, hücumlar nəticəsində həlak olan qadınların sayı 200-ə çatıb. Onun sözlərinə görə, bombardmanlar zamanı həyatını itirən ən yaşlı qadının 88 yaşı olub.
Bakı 




