Azərbaycan Müdafiə Nazirliyi Türkiyə ərazisinə qarşı həyata keçirilən və Qaziantep üzərində zərərsizləşdirilmiş raket hücumunu qətiyyətlə pislədiyi bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin bəyatında qeyd edilib.
Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:
"Biz qardaş Türkiyə Respublikası ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə hökumətinin əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.
Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır"- deyə MN-dən bəyanatında qeyd edilib.
Bakı 




