İrandan Azərbaycana daha 84 nəfərin təxliyəsi baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, saat 16:00-18:00 aralığında təxliyə olunanların 3-ü Azəraycan vətəndaşıdır.
İki saat ərzində Çinin 65, Belarusun 3, Pakistanın 3, Rusiyanın 2, Almaniyanın isə 1 vətəndaşı təxliyə edilib.
Saat 16:00-18:00 aralığında təxliyə olunanlardan 7-si Meksikanın diplomatları olub.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
***
16:05
İrandan Azərbaycana daha 40 nəfərin təxliyəsi baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, saat 14:00-16:00 aralığında təxliyə olunanların 14-ü Azəraycan, 9-u Polşa, 6-sı Pakistan, 4-ü Çin, 4-ü İran, 2-si Kanada, 1-i Tacikistan vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
***
14:06
Bu gün saat 12:00-14:00 aralığında 4-ü diplomat olmaqla 17 Azərbaycan vətəndaşı, həmçinin 5 Pakistan və 4 Çin vətəndaşı İrandan təxliyə olunub.
Bakıvaxtı.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
***
12:19
Böyük Britaniya və Almaniyanın hər birindən bir vətəndaşın İrandan Azərbaycana təxliyəsi baş tutub.
Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, onların təxliyəsi martın 9-da saat 10:00-12:00 aralığında "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.
Bundan başqa, İranın altı vətəndaşının əks istiqamətə keçidi təmin edilib.
Bakı 




