• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

ABŞ İranda nəyə nail olmaq istəyir? - Rubio açıqladı

CƏMİYYƏT

09 Mart 2026 | 18:51

ABŞ İranda nəyə nail olmaq istəyir? - Rubio açıqladı

"ABŞ terrorizmin sponsoru olan İran rejiminə qarşı əməliyyatda iştirak edir”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio məlumat verib.

Rubio qeyd edib ki, əməliyyatın məqsədi İran rejiminin raket imkanlarını zəiflətmək və bu sahədəki potensialını məhv etməkdir: “İran rejiminə qarşı missiyanın məqsədləri aydındır: İranın mümkün raket hücumu qabiliyyətini, bu raketləri istehsal edən fabrikləri və onların donanmasını məhv etmək”.

Rubio Tehranı regionda sabitliyi pozmaqda günahlandıraraq qeyd edib ki, İran qonşu ölkələrin enerji infrastrukturuna, mülki əhaliyə və səfirliklərə hücumlar həyata keçirir.

“Onlar dünyanı girov saxlamağa çalışırlar. Girov götürməyə gəldikdə dünyada Tehrandakı ruhani rejimdən daha pis cinayətkar olmayıb”, – Rubio vurğulayıb.

Rubio bildirib ki, missiya başa çatdıqdan sonra dünya daha təhlükəsiz olacaq./APA 


SON XƏBƏRLƏR