“Yol hərəkəti haqqında” qanunda dəyişiklik ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 26 dekabr tarixli 559 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla qanunların və həmçinin bəzi fərmanlara uyğunlaşdırılması ilə bağlı təklifləri iki ay müddətinə Nazirlər Kabinetinə təqdim etməlidir.
Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Qanuna və Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri beş ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir. Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Qanunun və Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidir.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna və Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.
Bakı 




