• Bakı 10° C

    7.36 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

İranın dini-siyasi elitası başa düşməli idi ki... - AÇIQLAMA

CƏMİYYƏT

08 Yanvar 2026 | 17:23

İranın dini-siyasi elitası başa düşməli idi ki... - AÇIQLAMA

“İranda vaxtında aparılmayan siyasi islahatlar nəticədə bugünkü mənzərəni yaratdı. Üstəlik, iqtisadi silahatları bura əlavə etsək, hadisələrin real mənzərəsini görmək olar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.

Onun sözlərinə görə, İran tarixən inqilablara “hamilə” olan dövlətdir. Müsahibimiz bildirib ki, İranda etirazçı kütlə həmişə olub:

“Son yüz ildə bir neçə inqilabi proseslər baş verib. İranda vəziyyətin gərginləşəcəyi gözlənilən idi. Geosiyasi hadisələrin fonunda da İranın vəziyyəti ağırlaşmışdı. İranın dəstəklədiyi siyasətçilər və qruplar sıradan çıxarıldı. Bu faktın özü İran üçün siqnal olmalı idi. İranın dini-siyasi elitası vaxtında başa düşməli idi ki, gec-tez etiraz aksiyaları onların qapısını döyəcək”.

Elnur Eltürk: İran milyardları ölkənin problemlərinə yönəltsəydi, bugünkü vəziyyətə gəlib çatmazdı

E.Eltürk onu qeyd edib ki, İran öz daxilində problemləri kənara qoyaraq, ideoloji xəttini yaymaq və təbliğ etmək üçün milyardlarla pul xərcləyir.

“Əgər İran bu pulları öz ölkəsinin problemlərinə yönəltsəydi, bugünkü vəziyyətə gəlib çatmazdı. Digər tərəfdən, mühafizəkar qrup prezident Məsud Pezeşkiana islahatlar aparmağa imkan verilmədi. İranın güc strukturları və dini mərkəzləri prezidentlərin islahat siyasətlərini bloklayıblar və ya həyata keçirilməsinə imkan verməyiblər. Müstəqil siyasət bu mərkəzlər tərəfindən həyata keçirilib”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

08 Yanvar 2026