İranda kütləvi etirazlar davam edir.
Bakıvaxtı.az xəbər verir ki, xüsusilə, hazırda Tehranda yürüşlər keçirilir.
Media orqanları etirazların miqyası və xarakteri ilə bağlı ziddiyyətli məlumatlar dərc edir. Xüsusilə Qərb media orqanları iğtişaşların bütün ölkəni bürüdüyünü və hüquq-mühafizə orqanlarının əməkdaşlarının nəinki böyük izdihamın öhdəsindən gələ bilmədiklərini, həm də tez-tez etirazçıların tərəfini tutduqlarını iddia edirlər.
Bu arada, İranın dövlət mediası tez-tez etirazçıların şəhərləri ələ keçirməsi ilə bağlı xəbərləri təkzib edir və vəziyyətin hökumətin nəzarəti altında olduğunu qeyd edir.
Qeyd edək ki, İranda internetin verilişi tamamilə dayandırılıb. Hazırda heç bir hökumət saytı da işləmir.
İranda narazılığın səbəbi rialın çökməsidir. Dekabr ayında ölkədə rəsmi inflyasiya 42,5%-ə çatıb.
Bakı 




