• Bakı 10° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

ABŞ-da azərbaycanlı gənc itkin düşdü - FOTO

DÜNYA

08 Yanvar 2026 | 22:08

ABŞ-da azərbaycanlı gənc itkin düşdü - FOTO

ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində yaşayan həmyerlimiz Elmar Mirzəyev itkin düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri məlumat yayıblar.

Salyan rayonundan olan E.Mirzəyevdən artıq 4–5 gündür heç bir xəbər yoxdur. Valideynləri övladlarının taleyindən ciddi şəkildə narahatdırlar.

Məlumata görə, E.Mirzəyev Klivlend şəhərində italyan restoranlarından birində çalışıb.

Məsələ ilə bağlı həmvətənlərimiz Diasporla İş üzrə Dövlət Komitəsinə də məlumat veriblər. Hazırda Elmar Mirzəyevin tapılması istiqamətində axtarış və araşdırmalar davam etdirilir./Report


SON XƏBƏRLƏR