Pakistanın təhlükəsizlik qüvvələri İslamabadda məscid yaxınlığında törədilən və 30-dan çox insanın həlak olduğu terror aktının təşkilatçısını saxlayıb.
Bakıvaxtı.az "The News"a istinadən xəbər verir ki, təşkilatçı ilə birlikdə onun üç köməkçisi də həbs olunub. Cinayətkarların tutulması əməliyyatı ölkənin şimal-qərbində yerləşən Heybər-Paxtunxva əyalətində keçirilib. Hüquq-mühafizə orqanlarındakı mənbələrin sözlərinə görə, hücumun təşkilatçısı İŞİD terror qruplaşması ilə bağlı olub və Əfqanıstanda hazırlıq keçib.
Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, daha üç nəfər yaralanıb.
Xatırladaq ki, 6 fevralda törədilən terror aktı nəticəsində azı 31 nəfər ölmüş, 169 nəfər isə yaralanmışdı. Partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürmüşdü.
Bakı 




