"Qurtuluş" Reabilitasiya Mərkəzindən qaçan tanınmış jurnalist Nəsimi Nəbizadə tapılıb.
Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, jurnalist reabilitasiya mərkəzindən qaçaraq Abşeron rayonunun Saray qəsəbəsində evlərdən birində gizlənib.
Mərkəzin əməkdaşları onun arxasınca Saray qəsəbəsinə gediblər.
***17:53
Bir müddətdir narkotik aludəçiliyindən əziyyət çəkən aparıcı Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun müalicə aldığı reabilitasiya mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, tanınmış teleaparıcı müalicədən imtina edərək mərkəzdən uzaqlaşıb.
Mərkəzin rəhbərliyi onun başına gələcək hər hansı bir xoşagəlməz hadisədən məsuliyyət daşımadıqlarını bəyan ediblər.
Rəhbərliyin sözlərinə görə, Nəsimi Nəbizadə gəzinti zamanı yaranan fürsətdən istifadə edərək nəzarətdən kənar şəkildə ərazidən uzaqlaşıb.
Bakı 




