• Bakı C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Lukaşenko Maduronun tutulmasından danışdı: Pul və xəyanət...

DÜNYA

08 Yanvar 2026 | 22:20

Lukaşenko Maduronun tutulmasından danışdı: Pul və xəyanət...

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə mükafatlandırma mərasimi zamanı Venesuelada baş verən son hadisələri şərh edib.

Bakıvaxtı.az “Minskaya Pravda”a istinadən xəbər verir ki, Lukaşenko Maduro və xanımının ABŞ xüsusi təyinatları tərəfindən saxlanılması məsələsində sövdələşmənin olduğunu bildirib.

“İstəyirəm ki, məni anlayasınız: Orada hər şey var idi. Sövdələşmə, Venesuelada insanlara, o cümlədən hərbçilərə, mülki şəxslərə ödənilən pullar... Orada sövdələşmə və xəyanət var idi. Hər şey olub”, - o qeyd edib.

Lukaşenko ABŞ-ın Venesueladakı əməliyyatını Donald Trampın "orduya güzəşt etməsi" ilə əlaqələndirib:

"Venesuela bir vaxtlar bizə kömək əli uzadan dost millətdir. Əgər kimsə unudubsa, mən unutmamışam. Onlar ölkəmizi xilas etmədilər, amma çox dəstəklədilər. Çavesin dövründə, Nikolas Maduro ilə birlikdə işlədikləri zaman... Mən tez-tez orada olurdum, hər ikisini tanıyırdım".


SON XƏBƏRLƏR